Rusiyanın cazibədar poker oyunçusu Liliya Novikova vəfat edib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Liliyanın zənglərə cavab vermədiyindən narahat olan ailəsi qızın qonşularına xəbər edib. Evə girən qonşular hamamda onun cəsədi ilə qarşılaşıblar.
Oyunçunun ölümünə səbəb elektrik şəbəkəsinə qoşulan telefon olub. Belə ki, suda telefonu götürərkən onu elektrik cərəyanı vurub.