"İki ay əvvəl boşanmışam" - Sevda danışdı

"İki ay əvvəl boşanmışam" -  Sevda danışdı
5621 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl ikinci həyat yoldaşı Cəmildən ayrılan müğənni Sevda Sanəliyeva "Hər şey daxil" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi əslində 2 ay əvvəl rəsmi boşandığını açıqlayıb: 

"Bilinməyi məsləhət idi. Bu haqda danışmaq istəmirəm. Ailə həyatı haqda danışmaq maraqsızdır. Heç kim boşanmaq üçün ailə qurmur. Xoşbəxt olmaq istəyirik. Alınmadı, iki mədəni insan kimi ayrıldıq. Açıqlamam üçün məni məcbur edən səbəb var idi. Bilinməliydi ki, bu məsələyə nöqtə qoymuşam. Artıq rəsmi boşanmışıq. Tamamilə subayam.

Övladlarımsız bir saniyə qala bilmərəm. Ata istəsə onları görə bilər. Uşaqları silah kimi istifadə edən ana deyiləm. Xasiyyətimiz uyğun deyildi. Çox dözdüm, amma alınmadı. Bizim bir yerdə qalmağımız, uşaqlarımıza da ziyan vururdu. Beş il ailəli qaldım. İndi o illər ərzində xoşbəxt olmadığım qədər xoşbəxtəm. Mənim üçün boşandı, ayrıldı nədir ki? Mən anamı itirmişəm, ən böyük dərt odur".

Qeyd edək ki, Sevdanın birinci nikahdan oğlu, Cəmillə ailəsindən bir qız övladı var.