“Boşanacağımı bilmirdim” - Xloe vətəninə döndü

“Boşanacağımı bilmirdim” - Xloe vətəninə döndü
6649 dəfə oxunub
  • A-
  • A
  • A+

Sərdar Ortaçın 8 avqustda boşandığı həyat yoldaşı Xloe Luqnan vətəni irlandiyaya dönüb.

Axşam.az xəbər verir ki, 10 çamadanla evdən ayrılan Xloenin yanında anası olub.

S.Ortaç eks-həyat yoldaşını yola salmayıb, “sürücüm nə lazımdırsa, edəcək” deyib.

Səyahətdən öncə rəfiqəsi ilə telefonda danışan Xloe “Boşanacağımı bilmirdim. Öyrənəndə xəstəxanalıq oldum, üç kilo arıqladım. Çox kədərliyəm. Sərdar məni yola salmağa gəlmədi. Canı sağ olsun. Bir daha Türkiyəyə nə vaxt qayıdacağımı bilmirəm. Ailəm özümə gəlməyim üçün çox şey edir” deyə, bildirib.

Qeyd edək ki, cütlüyün münasibəti 8 il öncə başlayıb. Onlar 2014-cü ildə evlənmişdi.