Müğənni Roza Zərgərli bu dəfə aktrisalıq sevdasından bəhs edib.

Axşam.az xəbər verir ki, sənətçi "Üçümüz" verilişində sualları cavablandırıb.

Tamaşaçıların ona yazdığı məktublara cavab verən Roza çəkilmək istədiyi filmləri açıqlayıb:

"Xaç anası" olmaq istəyirəm. "Titanik"in davam filmə olsa, çəkilərdim. Amma Leonardo Di Kaprio ilə yox".

Aparıcıların "Vaxt yoxdur, verilişi necə uzadacağıq" sözlərinə isə Roza "Nadir Qafarzadəni kəsərsiz. Onun oxumağı heç kimə lazım deyil, kəsin getsin" cavabını verib.

Qeyd edək ki, verilişdə Rozadan əvvəl müğənni Nadir Qafarzadə qonaq olub.



                 

Digər