Yay fəslində saçlar istər Günəş şüaları, istərsə də dəniz duzunun və hovuzlardakı kimyəvi maddələrin təsirinə məruz qalır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu təsirlərin qarşısını almaq üçün küncüt və arqan yağı istifadə etməyi məsləhət görür.

Tətildən sonra zəifləmiş saçları canlandırmaq üçün apteklərdə satılan küncüt və arqan yağlarını 1:1 nisbətində qarışdıraraq başınızı masaj edin. 1 saat saxladıqdan sonra saç tipinə uyğun şampunla yuyun. Həftədə 3 dəfə edəcəyiniz bu prosedurla qısa müddət sonra sağlam və parlaq saçlara qovuşacaqsınız.

Kosmetoloqlar xlorlu suyun saça təsirini azaltmaq üçün hovuza girmədən öncə adi su ilə yaxalamağı məsləhət görür. Bu zaman saç islanmış olduğu üçün zərərli maddələrin sovrulması minimuma enəcək.



                 

Digər