Bolqarıstanın "Eurovision"dakı təmsilçisi bəlli oldu

Bolqarıstanın "Eurovision"dakı təmsilçisi bəlli oldu
719 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Bolqarıstanı təmsil edəcək ifaçılar müəyyənləşib.

Axşam.az-ın məlumatına görə, mahnı yarışmasında bolqarları Elitsa Todorova və Stoyan Yankulov təmsil edəcək.

Onların ölkənin milli seçiminə müsabiqənin tələblərinə cavab verən beş mahnı təqdim etmək imkanı vardır. Mütəxəssislər bu mahnılardan üçünü seçərək fevralın 17-də “Nedelya х 3” proqramında təqdim edəcəklər. Martın 3-də keçiriləcək milli seçimin final mərhələsində isə tamaşaçılar və beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən ifa ediləcək mahnı səslərin yarı-yarıya nisbəti əsasında seçiləcək.

Bolqarıstan təmsilçiləri “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında çıxış edəcəklər.