Rusiyalı məşhurlar "Jara"ya yığışdı

Rusiyalı məşhurlar "Jara"ya yığışdı
4020 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada Xalq artisti Emin Ağalarovun rəhbərliyi ilə lentə alınan "Jara" filminin qala gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, komediya janrında olan ekran işində rus estradasının tanınmış simaları rol alıblar.

Qala gecəyə qatılanlar arasında da tanınmış simalar yer alıblar. Onların içərisində Emin, Filipp Kirkorov, Oleq Qazmanov, Valeriya, Anna Çipovskaya kimi ulduzları görmək mümkün olub.

Film Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində lentə alınıb. Ekran işində Diana Pojarskaya, Qriqoriy Leps, Nikolay Baskov, Ani Lorak və başqaları çəkiliblər.

Qeyd edək ki, sentyabrın 5-də "Jara"nın Bakıda da qala gecəsi keçiriləcək.