“Həyatımdan lazımsız insanlar keçir”

“Həyatımdan lazımsız insanlar keçir”
719 dəfə oxunub
  • A-
  • A
  • A+

“Həyatımdan boş və lazımsız insanlar keçir. Mən isə hələ də onlara inanıb, yanımda saxlayıram. Bu, bir az məni əsəbiləşdirir”.

Axşam.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlamasında müğənni Eldar Qasımov söyləyib.

O, özünə qoyduğu qadağalardan söz açıb:

“Qadağalarda gözəllik var. Onlar qabarıq və başqalarını aşağılayan olmamalıdır. Bu çərçivələr hər bir insana gözəllik qatır”.

Sənətçi şou-biznesdə dostlarının olmadığını bildirib:

“Dostlarım universitetdən qalan, “Eurovision”dan əvvəlkilərdir. Hansı ki, indiyədək dostluq edirəm”.

E.Qasımov Azərbaycanda yalnız toy biznesinin olduğunu vurğulayıb:

“Burada şou-biznes yox, toy biznesi var. İnsanlar mahnı yazdırırlar, bütün sənətlərini toya çağırılmaq üçün edirlər. Onları qınamaq da olmur. Çünki bizdə bu biznes inkişaf etməyib. Toylara nadir hallarda gedirəm. Orada öz mahnılarımı oxuyuram. Həmin yerlərə özümə, mahnılarıma görə çağırılıram. Bu, mənim üçün çox vacibdir. Əvvəldən siyahı göndərilir, oradan mahnı seçilir və buna uyğun olaraq şou təqdim olunur. Kimsə deməsin ki, gəl, filan mahnını oxu, bunu et və s. Bu, qəbulolunmazdır”.

Sənətində olan yeniliklərdən söz açan Eldar bir neçə mahnını remeyk edəcəyini də deyib:

“Sentyabr, oktyabrda köhnə mahnılarımıza yeni nəfəs verməyi istəyirəm. Onlara toxunmadan yaşatmaq lazımdır. Musiqimizin zərif zamanları var idi, özümə borc bilirəm ki, onları yenidən yaşadım”.