Fidan Hacıyeva Londonda konsert verəcək

Fidan Hacıyeva Londonda konsert verəcək
1464 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva martın 7-də Londonda “King`s Place” incəsənət mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

F.Hacıyevanın APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçiriləcək konsert “Baharın səsi” adlanacaq:

“Londonda solo konsert proqramı ilə çıxış etmək mənim çoxdankı istəyim idi. Bu təşəbbüsü Mədəniyyət və Turizm Nazirliyi və Londonda yaşayan azərbaycanlılar da dəstəklədilər. Repertuarda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqa böyük bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya musiqi nümunələri və bizim xalq mahnıları da yer alacaq. Konsertdə Azərbaycanın İngiltərədəki səfirliyinin əməkdaşları, diaspor nümayəndələri iştirak edəcəklər”.

F.Hacıyeva əlavə edib ki, konsert proqramında onu pianoçu Zülfiyyə Sadıqova müşayiət edəcək.