Amerikalı müğənni Mayli Sayrus "İnstaqram"da yarıçılpaq fotolarını yayıb.
Axşam.az xarici mətbuta istinadən xəbər verir ki, fotolarda əsəbi görülən müğənninin pərəstişkarları onun xəstə olması ilə bağlı rəylər yazıblar. Onlardan bəziləri ifaçını bu hala narkotik maddələrin gətirdiyini vurğulayıblar.
Qeyd edək ki, Sayrus əri Liam Hemsvortla ayrılıb. Cütlüyün boşanmasına səbəb Sayrusun iş qadını Keytlin Karterlə eşq yaşaması olub. Qızlar hazırda eyni evdə yaşayır.