"Survivor" yarışmacısı Ecem Karaağaçı istismar edən fırıldaqçı ilə bağlı araşdırma bitib.

Axşam.az xəbər verir ki, İbrahim Halil G. adlı şəxsin 31 il həbsi istənilib.

"Survivor"a qatılmazdan əvvəl Karaağaç "Sənə enerji yükləyəcəm, birinci olacaqsan" deyən, İbrahim Halil G. adlı bir kişiylə görüşüb. Karaağaç "Sənə çılpaq halda toxunmalıyam. Gündə üç dəfə cinsi əlaqədə olaraq, sənə enerji yükləyəcəm" deyən şəxsin vədlərinə inanıb. Karaağaç dualar etdiyini söyləyən kişi ilə bir neçə dəfə cinsi əlaqədə olub. Eyni zamanda ona 90 min lirə (təxminən 28 min manat) verib. Yarışmadan yarımçıq çıxan qadın aldadıldığını anlayıb.

Məhkəməyə müraciət edən Karaağaç bir çox sübutlar verib. Aldatma, təcavüz və şantaj kimi hallarla günahlandırılan kişi ilə bağlı qərar veriləcək.



                 

Digər