Qaraciyərini verdiyi ərinin xəyanətini öyrəndi

Qaraciyərini verdiyi ərinin xəyanətini öyrəndi
4849 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ATV telekanalında yayımlanan Müge Anlının proqramına çıxan qadının açıqlamaları gündəm olub.

Axşam.az xəbər verir ki, Melike Özmen adlı qadın ərinə qaraciyərini verərək, onun həyatını xilas edib. Əri isə sağaldıqdan sonra iş yerində bir qadınla tanış olub. Kişi arvadını evdən qovub və sevgilisi ilə birlikdə həmin evdə yaşamağa başlayıb.

Melike verilişdə ona verdiyi qaraciyərini geri istəyib:

"Ürəyim çox qırılıb. Ondan intiqam almaq istəyirəm. Qaraciyərimi geri qaytarsın".

Qeyd edək ki, qadın üçüncü uşağına hamilədir.