Altı il əvvəl cinsiyyətini dəyişdirərək kişi olan türkiyəli aktyor Rüzgar Erkoçlar ata olmaq arzusundadır.

Axşam.az xəbər verir ki, ötən gün bir məkandan çıxarkən kameralara tuş gələn cütlük övladlığa uşaq götürmələri ilə bağlı sualı cavablandırıb.

Aktyor "Bəlkə, gələcəkdə bu haqda fikirləşərik, ancaq ilk uşaq özümüzün olacaq. Artıq bu, mümkündür" deyə, bildirib.

Qeyd edək ki, Rüzgar Erkoçlar Tuğba Beyazoğlu ilə 2 il əvvəl evlənib.

 

 



                 

Digər