Elcan "Ər və arvad"dan getdi

Elcan "Ər və arvad"dan getdi
2167 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Elcan Rəsulov ATV-də yayımlanan "Ər və arvad" serialından gedib.

Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Elcan səbəbi açıqlamasa da, narazıçılığını gizləyməyib:

"Bu, "Ər və arvad"ın ilk fotosessiyasından olan şəkildir. Mənim isə serial haqqında son paylaşdığım şəkildir. Daha Elcan oralarda olmayacaq. Mənim üçün bu iş burada bitir. Uzunuzadı yazmayacam. Çətinliklər, falan, filan... Bitdi, bu qədər. Sağ ol, Kəmalə Piriyeva. Aqil m.Quliyev, sənə də uğurlar".

Qeyd edək ki, rejissorluğunu Aqil M.Quliyevin etdiyi serial bir ildən çoxdur yayımlanır. Ekran işinin digər qəhrəmanı Kəmalə Piriyevadır.