Kətan toxumunun faydaları saymaqla bitmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgər vegeterian qidalanmanı üstün tutursunuzsa, kətan toxumu ilə omeqa-3 ehtiyacınızı tam şəkildə qarşılaya bilərsiniz.

Bu toxum eyni zamanda liqnan qaynağıdır. Liqnan xərçəng riskini azaldan, antioksidant və estrogen xüsusiyyətlərə sahib birləşmədir. Maraqlıdır ki, kətan toxumunun tərkibində digər bitkilərdən 800 dəfə çox liqnan var. Araşdırmalara görə, bu bitkidən istifadə edən qadınlarda döş xərçənginə yoluxma riski olduqca aşağıdır.

Pəhrizdə olanlar da bu toxumun faydalarından yararlanmalıdır. Toxum su ilə birlikdə qəbul edildikdə mədədə şişərək toxluq hissi yaradır. Eyni zamanda şəkəri tənzimləyərək, tez-tez acmağınızın qarşısını alır.  

 



                 

Digər