Müğənni Samir Piriyevin ötən il təqdim etdiyi “Eşqbaz” adlı mahnının plagiat olduğu üzə çıxıb.
Axşam.az-ın məlumatına görə, sözləri və musiqisinin Anarə Piriyevaya məxsus olduğu göstərilən mahnının orijinal versiyası “Aktar” adlanır.
Mahnı “Youtube”da 36 milyondan çox baxış sayı toplayıb. İfaçısı isə Suriyanın məşhur müğənnisi Assala Nasridir.