Kənan Doğulu: “Acuna zəng vurub təşəkkür etdim”

Kənan Doğulu: “Acuna zəng vurub təşəkkür etdim”
1124 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Kənan Doğulu ötən həftə qarşılaşdığı xoşagəlməz hadisəyə münasibət bildirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sevgilisi Beren Saatla birgə avtomobilinə minərkən sərxoş naməlum şəxsin hücumuna məruz qalmışdı.

“Əgər pul verməsən, avtomobilini yandıracağam” deyən şəxsi TV8 telekanalının müxbiri hadisə yerindən uzaqlaşdırmışdı. Kənan Doğulu baş verənlərlə bağlı təəssüratlarını bölüşüb:
 
“Həmin an həyəcanlandım. O zaman mənə kömək edən jurnalisti tapa bilmədim. Amma TV8-dən olduğunu bildiyim üçün Acuna zəng edib təşəkkürümü bildirdim”.

Qeyd edək ki, Acun Ilıcalı bir neçə ay əvvəl TV8-i alıb.