Elastik hərəkətləri ilə məəttəl qoydu - Fotolar + Video

Elastik hərəkətləri ilə məəttəl qoydu - Fotolar + Video
3943 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivinin təqdimatında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunub.

Axşam.az xəbər verir ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisanın dialoqu üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşada xüsusi diqqət çəkən 49 yaşlı sənətçi Gülzar Qurbanovanın səhnədə elastik hərəkətlər nümayiş etdirməsi olub. O, tamaşa boyu rəqslər edib, müxtəlif gimnastik hərəkətləri asanlıqla göstərib.

Tamaşanı izləməyə teletənqidçi Qulu Məhərrəmli, Əməkdar artist Sevda Ələkbərzadə gəlib. Oyunun sonunda aktrisalar və rejissor alqışlarla yola salınıb.