Amerikal müğənni Selena Qomez məşhur model Bella Hadidi İnstaqramda izləməyə başlayıb.

Axşam.az xəbər verir ki, sənətçi Bellanın paylaşdığı bir fotoya "Cəzbedici" deyə, rəy yazıb. Selenanın rəyindən dəqiqələr sonra isə Bella fotosunu silib. Modelin ifaçıya olan qərəzi isə müğənni The Weeknd ilə bağlıdır. Belə ki, Hadidin bir müddət əvvəl sevgili olduğu The Weeknd illər öncə Selenanın sevgilisi olub.

Modelin bu hərəkəti Selenanın fanatlarını qəzəbləndirib. Onlar bu haqda sosial şəbəkədə paylaşım ediblər. Fotonun silindiyini pərəstişkarlarından öyrənən ifaçı isə sadəcə "çox pis" deməklə kifayətlənib.



                 

Digər