Ardanın nişanlısı: "Sevgiyə inanıram"

Ardanın nişanlısı: "Sevgiyə inanıram"
2390 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli futbolçu Arda Turanın nişanlısı, aktrisa Sinəm Kobal yerli mətbuata müsahibə verib.

Axşam.az xəbər verir ki, sənətçi Arda ilə ayrılmaları barədə danışmağı sevmədiyini bildirib:

"Ən çətini olmayan şeylərlə mübarizə aparmaqdır. İnsanlara hər şey başqa cür təqdim edilir. Buna müdaxilə edə bilmirəm və məyus oluram. Amma belə məsələlərə çox əhəmiyyət versəm, işimə köklənə bilmərəm. Arda da, mən də sənətimizə görə hər zaman göz önündə oluruq. Lakin mən uşaqlıqdan bəri şəxsi həyatımla bağlı nələrisə paylaşmağı sevmirəm. Bu səbəbdən çox vaxt ayrılmağımızla bağlı verilən suallar qarşısında susmağa üstünlük verirəm".

"Baş verənlər sevgiyə olan inamınızı məhv edibmi" sualına S. Kobal belə cavab verib:

"Xeyr, mən eşqə inanıram. Ümumiyyətlə, həyatda hər şey sevgi və istəklə bağlıdır. Bunlar ən təmiz duyğulardır, inanmamaq mümkün deyil".