Ələkbər Yasamallı intihar edən bacısı oğlundan yazdı - Fotolar

Ələkbər Yasamallı intihar edən bacısı oğlundan yazdı - Fotolar
9695 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan. Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, əsgərlikdə olanda sənə şəhid olmağı arzu edərdim”.

Axşam.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu Niftəliyev Şamxal Təbriz oğlu haqda yazıb.

O, mərhumla fotolarını paylaşaraq sözlərinə belə davam edib:

“Şəhid olardın, gedərdik Şəhidlər xiyabanına. Dostlar, vətən sağ olsun... Amma dayın inanma səndən sonra sağ olsun. Hələ yoxluğuna inana bilmirəm”.

Qeyd edək ki, 1999-cu il təvəlüddlü Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdən özünü asıb.