Məşhurların hansı ölkəyə girişi qadağandır? - siyahı

Məşhurların hansı ölkəyə girişi qadağandır? - siyahı
2138 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada milyonlarla pərəstişkarı olan bir sıra məşhurun bəzi ölkələrə girişi qadağan edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar arasında Paris Hilton, Bred Pit, Beyons kimi tanınmış simalar yer alıb.

Paris Hiltonun Yaponiyaya girməsi qadağan olunub. Buna səbəb isə narkotik vasitələrdir.

Ledi Qaqa bəzi mahnıları ucbatından Malaziyaya gedə bilmir.

Lindsey Lohana Hindistanda qadağa qoyulub. Lohan bu ölkəyə turist vizasıyla gedib və ölkədəki uşaq, qadın ticarəti haqda BBC üçün reportaj hazırlayıb. Ölkə rəhbərliyi isə Lohanın turist vizasıyla Hindistanda çalışmağının qanunsuz olduğunu bildiririb və ona qadağa qoyub.

Beyonsun Malaziya ərazisinə girişi qadağandır.

Bred Pit rol aldığı "Tibetdə 7 il" adlı filminə görə Çin tərəfindən qadağaya məruz qalıb.

Mayli Sayrus aşağıda gördüyünüz bu şəkil ucbatından tənqid edilib və Çin tərəfindən ölkəyə girişi qadağan olunub.

Riçard Gir də Tibetə verdiyi dəstəyə görə, Çinin qadağa qoyduğu məşhurlar sırasındadır.

Nişanlısı Rihannanı döydükdən sonra Kris Brounun İngiltərəyə girişi qadağan edilib.

Məşhur "Beatles" qrupunun Filippinə girişi qadağan idi. Buna səbəb isə birinci xanımı incitməkləri olub.

"50 Cent" şiddət təbliğatı apardığı üçün Kanadaya girişi qadağandır.