Gigiyenik qaydalar nədir?

Gigiyenik qaydalar nədir?
2912 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar tez-tez eşitdiyimiz söz "gigeyina"dır. Gigiyenik qaydalara riayət edərək, virusdan qorunmaq mümkündür. Bəs, gigeyinik qayda dedikdə nələr nəzərdə tutulur.

Axşam.az xarici KİV-ə istinadən gigiyenik qaydalar zamanı nələr etməli olduğunuzu təqdim edir:

Şəxsi gigiyena

Bura təkcə əlləri gündə bir neçə dəfə yumaq, spirtlə və ya nəm salfetlə silmək daxil deyil. Eyni zamanda bütün bədənin təmizliyinə də diqqət edilməlidir. Hər gün küçədən evə girəndə mütləq vanna qəbul edilməlidir. Əgər imkan varsa dəniz duzuna azca duş geli əlavə edib, bədəninizə sürtün. Beləcə, bədəninizdəki mikroblar daha yaxşı təmizlənəcək.

Vanna qəbul etdikdən sonra yuyulmuş, təzə paltarlar geyinməlisiniz.

Ağız gigiyenası da önəmlidir. Səhər və axşam dişləri pasta ilə təmizləmək lazımdır. gün ərzində isə bir neçə dəfə ağzınızı satılan ağız suları ilə yaxalayın.

Qida gigiyenası

Yediyiniz ət məhsullarını çox bişirməyə çalışın. Küçədən alıb gətirdiyiniz bütün tərəvəzləri yuyun, ərzaqların üstünü silin. Vitamin, zülal, yağ qəbulunun balansını qoruyun.

İmmuniteti qaldıran C vitaminli meyvələr yeyin. Qızartma və "fast-food"dan uzaq olun. 

Evinizin gigiyenası

Hər gün evləri təmizləmək adət halını alıb. Bu dəfə isə çalışın buna daha ciddi yanaşasınız. Gündə olmasa da, həftədə bir və ya iki dəfə döşəmələri xlorlu, paraşoklu su ilə silin. Gün ərzində bir neçə dəfə pəncərələri açıb, evin havasını dəyişin. Qapı tutacaqlarını spirtlə silin.  

İş yerinizdə də eyni qaydalara əməl edin. Küçədən evə gəldikdə mütləq palto və gödəkçəni bir neçə saat açıq havada saxlamalısınız.