"Ailə quracağım insanın evi mütləq olmalıdır" - Nərgiz

"Ailə quracağım insanın evi mütləq olmalıdır" -  Nərgiz
2835 dəfə oxunub
  • A-
  • A
  • A+
"ATV Maqazin" verilişinin aparıcısı Nərgiz Vahabqızı sevgidən söz açıb.

Axşam.az xəbər verir ki,  “Gündəlik” verilişinə qonaq olan Nərgiz sevgisiz ailə qurmağa üstünlük verdiyini deyib:

“Mənim üçün münasibətdə sevgi önəmli deyil. Əsas mənə hörmət etsin, ürəyi gözəl olsun. Sevgi həyatda əzab çəkməyə gətirib çıxarır. Bir-birimizi bəyənək, simpatiya olsun. Bu, bəsdir. Sevdikcə qısqanclıq başlayır. Xoşlamıram ki, kimsə məni qısqansın. Belə insan yanında sıxılıram. Hazırda həyatımda heç kim yoxdur. Ailə quracağım insanın evi mütləq olmalıdır. Avtomobil olmasa da olar. İşləsin, öz ayağının üstə dayana bilsin, bəsimdir”.