"Öz evimdə də mənə təcavüz olunur" - Elza

"Öz evimdə də mənə təcavüz olunur" - Elza
1483 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan ailəsinin onu başa düşməməsindən şikayətlənib.

Axşam.az xəbər verir ki, müğənni “Onlar” verilişinə bu anlaşılmazlığın onu hər zaman təəccübləndirdiyini deyib:
“Türk sənət aləminə 2006-cı ildən qatılmışam. Hər zaman ciddiliyimlə yadda qalmışam, mükafatlar qazanmışam. Buna görə millət vəkili Qənirə Paşayevaya minnətdaram. Burada mənim layihələrimi başa düşmürlər. Türkiyədə deyəndə ki, heyvanlara konsert vermişəm heyrətlənirlər. Məni hətta öz övladlarım belə anlamır. Yazdığım musiqini onlar da başa düşmür. Hərdən deyirlər ki, bunu dəyiş. Evimdə belə mənə təcavüzlər olunur, inciyirəm, qırılıram. Ailəmdə hər zaman mənə qarşı qısqanclıq olub, ehtiyat ediblər. Həmişə deyirlər, Elza, belə geyinmə, bunu etmə. Niyə axı? Hamı edəndə yaxşıdır, məndə olanda pis?”.