Roza: "Qızım buna icazə vermədi" - fotolar

Roza: "Qızım buna icazə vermədi" -  fotolar
6491 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərlinin 15 yaşlı qızı ona qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, övladı sənətçiyə “Tı i ya” ( “Sən və mən”) klipindəki açıq-saçıq səhnələri canlandırmağa icazə verməyib. Bu haqda ifaçı “Hər bir havada” verilişinə açıqlamasında deyib.

“O ssenaridə klip çəkdirməkdə məqsədim piar xarakterli idi. Düşündüyümüz kimi səs-küy də doğurdu. Klipdə erotik səhnələri özüm canlandırmadım. Çünki 15 yaşında qızım var. O, icazə vermədi”.

Sənətçinin qızı isə bunları bildirib:

“İstəmədim anam o rolda özü olsun. Çünki elə geyimlər anama layiq deyil”.