Fatimə özünə təmtəraqlı ad günü keçirdi - fotolar

Fatimə özünə təmtəraqlı ad günü keçirdi - fotolar
5467 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən rəqqasə Fatimə Fətəliyeva ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, 36 yaşını təmtəraqlı şəkildə keçirən sənətçini şou-biznesin  tanınmış simaları da tək qoymayıb. Onlar sevilən mahnıları ilə Fatiməni təbrik ediblər. Mərasimdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Zöhrə Abdullayeva, Elza Seyidcahan, müğənnilər Xatirə İslam, Elnarə Xəlilova, Könül Kərimova, Sevda Yahyayeva, Gülay Zeynalova, prodüser Tolik, Təranə Səmədova və başqaları iştirak edib.
 
Gecənin ən maraqlı məqamlarından biri də Fatimənin öncədən söz verdiyi fərqli aş təqdimatı olub. Milli musiqi və rəqs sədaları altında gətirilən plov mərasimini qonaqlar alqışlarla qarşılayıb.
Gecədən fotoları təqdim edirik.

Foto: Rəşad ABBASOV