Mətanətə üzük bağışladılar – fotolar

Mətanətə üzük bağışladılar –  fotolar
4740 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərliyə tədbirlərin birində sürpriz ediblər.

Axşam.az-ın məlumatına görə, səhnədə mahnı oxuduğu vaxt bir xanım ona yaxınlaşıb və öz barmağındakı üzüyü müğənniyə bağışlayıb. Bununla bağlı təəssüratlarını həmkarımızla bölüşən M.İsgəndərli həmin xanımın onun mahnılarını çox sevdiyini deyib:

“Sənət adamlarını çox sevir. Həmişə tanınmışlara hədiyyələr verir. Bu günə kimi mənə bir neçə üzük bağışlayıb. Onu çox istəyirəm. Həmişə deyir ki, sənin mahnılarını çox bəyənirəm”.

Mətanət İsgəndərli gecədə sinə dekolteli libası ilə də diqqət çəkib.

Foto: Rəşad ABBASOV