Yaşar Batumidə biznes danışıqları aparır

Yaşar Batumidə biznes danışıqları aparır
1171 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Gürcüstanın Batumi şəhərindədir. 

Sənətçi Axşam.az-a açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqlayıb:

“Gürcüstana bizneslə bağlı gəlmişəm. Üç gündür Batumidə bu barədə danışıqlar gedir. Biznesin hansı sahəsi olduğunu hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq”.

Y.Cəlilov yaxın günlərdə sevənlərinə bir müddətdir uzərində işlədiyi layihəsini də təqdim edəcəyini deyib.