Azərbaycan “Univision”da ikinci oldu - fotolar

Azərbaycan “Univision”da ikinci oldu - fotolar
1495 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan "Univision" tələbələrin Beynəlxalq Mahnı müsabiqəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iştirak ediblər. İkincisi keçirilən "Univision" Tələbələrin Beynəlxalq Mahnı müsabiqəsini açılış sözü ilə Gənclər və İdman naziri Azad Rəhimov açıb. O, belə önəmli müsabiqənin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu bildirib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə 20 fərqli ölkədən Azərbaycana qonaqların gəlməsinin önəmli olduğunu vurğulayıb.

Müsabiqədə Azərbaycanı ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edib.

Müsabiqədə birinci yeri İndoneziya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Ukrayna tutub.

Qeyd edək ki, "Univision" tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə - Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Qazaxıstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edib.

Müsabiqənin qalibinə 6000 avro mükafat verilib. Gecənin aparıcıları Hüsniyyə Məhərrəmova və Tural Əsədov olub.

Foto: Rəşad ABBASOV