Həmyerlimiz beynəlxalq festivalda qalib gəldi

Həmyerlimiz beynəlxalq festivalda qalib gəldi
1381 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin İstanbul şəhərində IX Pera Piyano Beynəlxalq Festivalı keçirilib.

Axşam.az-ın məlumatına görə, festivalda üç yaş qrupu üzrə: 10 yaşadək, 11-14, 15-18 və 19-24 yaş arası gənc pianoçular yarışıblar.

11-14 yaş qrupunda ölkəmizi təmsil edən, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin V sinif şagirdi Həşim Həşimov birinci yerə layiq görülüb.

İ.S.Bax, S.Raxmaninov, Y.Haydn, İ.Baran və T.Quliyevin əsərlərini məharətlə ifa edən yeniyetmə pianoçunun müəllimi Kamilla Əmirova da festivalın diplomu ilə təltif olunub.

Münsiflər heyətinin üzvü, Əskişəhər Anadolu Universiteti Dövlət Konservatoriyasının müəllimi  Fərid Adıgözəlzadə Həşimə ustad dərsi keçib.

Qeyd edək ki, H.Həşimov aranjimançı, pianoçu Emil Həşimovun övladıdır.