Pikassonun portretinin sirri ortaya çıxdı - fotolar

Pikassonun portretinin sirri ortaya çıxdı - fotolar
3411 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaşöhrətli rəssam Pablo Pikassonun 1901-ci ildə çəkdiyi "Mavi otaq" portretinin sirri ortaya çıxıb.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, şəkli analiz edən araşdırmaçılar və incəsənət tarixçiləri əsərdə arxa planda əllərini çənəsinin altına dayamış saqqalı insan fiquru aşkar ediblər. Hazırda həmin adamın kim olması üzərində axtarışlar başlayıb.

Fondakı fiqurun rəssamın avtoportreti olduğunu rədd edən tarixçilər, bunun, rəsmin çəkildiyi ildə Parisdə yaşayan məşhur sənət dəllalı Ambrouz Villarda məxsus olması versiyası üzərində dayanıblar.

Lakin bu, hələ ehtimal olaraq qalır.