Bərən Saatla Kənan Doğulunun toyunda nələr olacaq? - təfərrüat

Bərən Saatla Kənan Doğulunun toyunda nələr olacaq? -  təfərrüat
1860 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Bərən Saat iyulun 27-də Amerikada evlənəcəklər.

Axşam.az "acunn.com"a istinadən xəbər verir ki, cütlük artıq toy hazırlıqlarına başlayıb.

Los-Ancelesdə baş tutacaq toyda cütlüyün yaxınları və bir sıra tanınmışlar iştirak edəcəklər. Qonaqlar yol və otel xərclərini özləri ödəyəcəklər. Kənan və Bərənin nikah şahidləri isə Yılmaz və Bəlçim Ərdoğan olacaq.

Qeyd edək ki, Saat xəyalını qurduğu gəlinliyi hələ fevraldan Londondan alıb. Belə ki, toy tarixi əvvəlcədən aprelin 20-nə təyin olunsa da, daha sonra təxirə düşmüşdü.

Aktrisanın nişanlısının isə başı yaman qarışıqdır. Kənan Doğulu bacısının sabahkı toyuna və iyunun 26-da keçiriləcək konsertinə hazırlaşır.