“İndiyədək çimərlik geyimim olmayıb” - İlhamə Quliyeva

“İndiyədək çimərlik geyimim olmayıb” - İlhamə Quliyeva
1990 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva “Onlar” verilişinə yeni açıqlama verib.

Axşam.az-ın məlumatına görə, Primadonna bu il də istirahətini İtaliyada edəcəyini deyib:

“İtaliyanı sevirəm. Orada alış-veriş etmək çox yaxşıdır. Mənim xoşuma gəlir”.

İlhamə Quliyeva bildirib ki, istirahət zamanı heç vaxt dənizdə çimmir: 

“Bu yaşıma çatmışam, amma indiyədək çimərlik geyimim olmayıb. Heç vaxt almamışam. Çünki mən yalnız dənizin kənarında oturub çay içmək, şam etməyi sevirəm. Çimmək məsələsi yoxdur. İndi abır-həya kimdə qalıb ki? Amma məndə var”.

Xalq artisti həmçinin paparatsilərə də ismarış göndərib:

“Çimərlik geyimlərində çəkilən şəkillərdən istifadə etmək yaxşı hal deyil. Həmin insanın ailəsi dağıla, şəxsi həyatına xələl gələ bilər. Şükür Allaha indiyədək paparatsilərə hədəf olmamışam. Mən şou-biznes nümayəndəsi deyiləm. Ona görə bu işin içində yoxam. Əgər kimisə paltarsız görürsünüzsə, üzünüzü başqa tərəfə çevirin. Adam heç vaxt özgəsinin bədbəxtçiliyinə səbəb olmaz. Bu, günahdır”.