Jerar Depardye "Leyli və Məcnun"un premyerasında

Jerar Depardye "Leyli və Məcnun"un premyerasında
1591 dəfə oxunub
  • A-
  • A
  • A+
“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış “Leyli və Məcnun” film-operasının premyerası keçirilib.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində dövlət və hökümət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, məşhur fransız aktyoru Jerar Depardye və kinoprodüser Arno Frillenin də iştirak edib.

Tədbirdə çıxış edəm mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki,, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında çəkilmiş bu ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur. 

Film-operada Məcnun rolunu Xalq Artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq Artisti Aygün Bayramova canlandırıblar. Onları əməkdar artistlər-tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor, Xalq Artisti Teymur Göyçayev), Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Rəqs Ansamblı müşayiət ediblər.

Film-operanın çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və “Buta Palace”da aparılıb. 50 dəqiqəlik bu ekran əsərinin çəkilişləri qısa müddətdə başa çatdırılıb.

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədov tamaşaçılara minnətdarlığını bildirib.

Filmi yüksək qiymətləndirən Jerar Depardye Azərbaycanda keçirilən beynəlxalq muğam festivalının böyük əhəmiyyət daşıdığını və burada musiqiyə olan böyük marağı xüsusi qeyd edib.