“Eurovision 2013”də sıra nömrəmiz bəlli oldu

“Eurovision 2013”də sıra nömrəmiz bəlli oldu
1377 dəfə oxunub
  • A-
  • A
  • A+

May ayında İsveçin Malmö şəhərində keçiriləcək  "Eurovision Mahnı Müsabiqəsi" nin yarımfinal iştirakçılarının sıra nömrəsi elan olunub. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarda keçirilmiş püşkatmanın nəticələrinə görə, Azərbaycan mayın 16-sı baş tutacaq İkinci Yarımfinalın ilk yarısında çıxış edəcək. Dünən isə yarımfinal iştirakçılarının sıra nömrələri yenidən elan olunub. Şou prodüserlərinin qərarına əsasən, Azərbaycan təmsilçisi  Fərid Məmmədov ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək

Digər ölkələr bu ardıcıllıqla çıxış edəcək.

İlk Yarımfinal

1.       Avstriya

2.       Estoniya

3.       Sloveniya

4.       Xorvatiya

5.       Danimarka

6.       Rusiya

7.       Ukrayna

8.       Niderland

9.       Çernoqoriya

10.     Litva

11.     Belarus

12.     Moldova

13.     İrlandiya

14.     Kipr

15.     Belçika

16.     Serbiya

 

İkinci Yarımfinal

1.       Latviya

2.       San-Marino

3.       Makedoniya

4.       Azərbaycan

5.       Finlandiya

6.       Malta

7.       Bolqarıstan

8.       İslandiya

9.       Yunanıstan

10.     İsrail

11.     Ermənistan

12.     Macarıstan

13.     Norveç

14.     Albaniya

15.     Gürcüstan

16.     İsveçrə

17.     Rumıniya

Qeyd edək ki, bu il, ötən illərdən fərqli olaraq Yarımfinalda və Finalda ölkələrin hansı sıra nömrələri altında çıxış edəcəklərini müəyyənləşdirmək üçün püşkatmadan istifadə olunmayıb. Avropa Yayımlar Birliyinin qərarına əsasən bunu şounun prodüserləri özləri müəyyənləşdiriblər.

Xatırladaq ki, təmsilçimiz Fərid Məmmədov yarışmada "Hold me" mahnısı ilə çıxış edəcək.

lent.az