Fərhad Göçər təyyarədəki uşağa ilk yardım göstərdi

Fərhad Göçər təyyarədəki uşağa ilk yardım göstərdi
1716 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni təyyarədə qızdırması qalxan uşağa ilk yardım göstərib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Qalatasaray” və “Beşiktaş” komandalarının Avropa kubokunu izləmək üçün Londona uçan F.Göçər gözlənilməz hadisə ilə rastlaşıb.

Stüardessaların bir uşağın xəstələnməsi səbəbindən həkimə ehtiyac olması barədə anonsundan sonra müğənni dərhal ilk müdaxiləni edib.

Qızdırması qalxan uşağın valideynləri köməyinə görə sənətçiyə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Fərhad Göçər ixtisasca həkimdir.