Zöhrə Abdullayeva oğlunu bacısı qızı ilə evləndirib

Zöhrə Abdullayeva oğlunu bacısı qızı ilə evləndirib
8545 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zöhrə Abdullayeva “Ay Zaur” verilişini başqasının evində çəkdirməsi ilə bağlı danışılan məsələyə son qoyub.

Axşam.az-ın məlumatına görə, “5/5” proqramında qonaq olan müğənni çəkilişin baş tutduğu mənzilin oğluna aid olduğunu söyləyib:

“Deyirlər başqasının mənzilində çəkiliş edib. Özümün yox, oğlumun evi idi. Başqaları kimi hamını rəfiqəmin evinə yığmamışam ki... O mənzil əvvəl mənim idi, sonra oğluma bağışladım. Hətta divara rəhmətlik həyat yoldaşım Yusifin də fotosu vurulmuşdu. Burada ayıb heç nə yoxdur ki...”.

Z.Abdullayeva oğluna bacısı qızını aldığını deyib:

“Oğlum xalası qızını istədi. Dedim, mən o evə elçi gedə bilmərəm. O, general qızıdır, ərköyündür. Burada necə qalar, yola gedər? Amma oğlumun təkidiylə getdim, peşman da olmadım. Çox gözəl insandır”.