Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - fotolar

Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi -  fotolar
6965 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Hüseynəliyev avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, bu haqda “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova efirdə deyib. Nəsimi rayon ərazisində baş verən qəzada ifaçı ciddi xəsarət almayıb.

Maşını döndərərkən əməliyyatı düzgün yerinə yetirə bilməyən Elton onu səkiyə çırpıb. Nəticədə “BMW” markalı avtomobilin qabaq hissəsi yararsız hala düşüb. Sənətçi özü isə maşını orada qoyaraq, hadisə yerindən uzaqlaşıb.