Ruhi verilişindəki xanımı plastik əməliyyat etdirəcək - fotolar

Ruhi verilişindəki xanımı plastik əməliyyat etdirəcək - fotolar
4257 dəfə oxunub
  • A-
  • A
  • A+
Ruhi Əliyevanın ATV-də yayımlanan “Dəb Siz” verilişinin növbəti çəkilişi baş tutub.

Axşam.az-ın məlumatına görə, proqramda müğənni Günay İbrahimli qonaq olub. Oktyabrın 13-də saat 12:00-da efirə gedəcək buraxılışda maraqlı anlar yaşanacaq. R.Əliyeva Mehriban Ələkbərova adlı xanıma burun əməliyyatı etdirəcəyinə söz verib. Digər iştirakçı Ülkər Məmmədova ilə bağlı verilişə gizli zərf gəlib. Məktubda nələr yazıldığını həftənin bazar ertəsi biləcəksiniz.

Qeyd edək ki, “Dəb Siz”də formata uyğun olaraq, Ruhi Əliyeva hakim, xalq artisti Faiq Ağayev vəkil, modelyer Afaq İsmayılzadə isə ittihamçı rolunu canlandırır.

Foto: Rəşad ABBASOV