Qırmızı xalıda “yunan ilahəsi” - fotolar

Qırmızı xalıda “yunan ilahəsi”  - fotolar
1354 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzlarını qırmızı xalıda açıq-saçıq geyimlərlə görməyə adət etsək də, 33 yaşlı “Oskar”lı aktrisa Natali Portman bu ənənəni pozub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı Benjamin Millepiedlə birlikdə Los-Ancelesdə “Children’s Hospital” tərəfindən təşkil edilən ‘’Noche de Ninos’’ xeyriyyə gecəsinə qatılan Natali açıqrəngli qabalı libası ilə diqqət çəkib.
 
Media nümayəndələri onu hətta yunan ilahələrinə bənzədiblər. N.Portman xəstəxanaya və xəstələrə göstərdiyi yardıma görə “Courage To Care’’ (“Qayğıya cəsarət”) mükafatına layiq görülüb.