Bədəninə hörümçək girdi - foto

Bədəninə hörümçək girdi - foto
3637 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı 21 yaşındakı gənc Dylan Tomas getdiyi Bali tətilindən gözlənilməyən vəziyyətdə qayıdıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, gənc oğlanın bədəninə hörümçək girib. Evinə qayıdandan sonra qarnında naməlum izlərin əmələ gəldiyini görən Dylan həkimə gedib. Həkim isə həşərat dişlədiyini deyib və adi maz verərək onu yola salıb.
 
Qarnındakı izin sinəsinə qədər uzandığını görən Tomas yenidən həkimə müraciət edib. Həkimlər həşəratın kor bağırsaq əməliyyatının izindən dəri altına girdiyini ehtimal edib. Oğlanın bədənindən çıxarılan hörümçək kibritin ucu boyda olub.

Bali mütəxəssisləri həşəratı ölkələrinə aparararaq ekspertizadan keçirəcəklər və onun hansı növə aid olduğunu araşdıracaqlar.