Analardan danışıb, göz yaşını saxlaya bilmədi

Analardan danışıb, göz yaşını saxlaya bilmədi
1112 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Baloğlan Əşrəfov “Günəbaxan” verilişində efirlərdə yayımlanan məişət mövzularına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni ana haqqında danışaraq göz yaşlarını saxlaya bilməyib:

“Xasiyyətdə ən tünd insan mənim anamdır. Evdə bir otağı ona ayırmışam, hər şəraiti yaratmışam. Nə lazımdır edirəm ki, o rahat olsun, razı qalsın. Efirə baxırsan ki, övlad anaya nələr edir: döyür, evdən qovur. Anaya belə etmək olarmı heç?”.

“Hərdən qocalar evinə gedirəm. Oradakı insanları görəndə dəhşətə gəlirəm. Yəni, bu valideyni küçəyə, qocalar evinə atan azərbaycanlılardırmı? Dəhşətdir” deyən B.Əşrəfov göz yaşını saxlaya bilməyib.