“Ana olduqdan sonra...”

“Ana olduqdan sonra...”
4306 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Lalə Əlimuxtarova ana olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı əməkdaşımızla söhbətində yenidən ana olmaq istədiyini də söyləyib:

“Bəzən xanımlar ana olduqdan sonra artıq çəki almaqdan şikayətlənirlər. Mən hamiləlikdə kökəlmədim. İndi istədiyim çəkidəyəm, pəhriz saxlamıram. Ana olduqdan sonra xasiyyətimdə çox şeylər dəyişdi. Övladım mənim üçün hamıdan öndə gəlir. İşdən çıxanda həyat yoldaşım da, mən də evə - qızımızın yanına qaçırıq. Əvvəl işdən sonra dostlarla görüşürdük, gəzirdik. İndi dostlarımızı da evdə qonaq edirik. Analıq məni həssaslaşdırıb. Hərdən bu həssaslıq özümə də qəribə gəlir. Qızımın üç yaşı tamam olandan sonra yenidən ana olmaq istəyirəm”.