"Türkiyə gözəli"nə Parisdə evlilik təklifi olundu

"Türkiyə gözəli"nə Parisdə evlilik təklifi olundu
1834 dəfə oxunub
  • A-
  • A
  • A+
2012-ci ilin “Türkiyə gözəli” Açalya Samyeli Danoğluna sürpriz evlilik təklifi edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi, iş adamı Ərman Adəmoğlunun “Yeni ili Parisdə qarşılayaq” təklifinin adi bir tətil planı olduğunu düşünən model onunla Fransaya yollanıb.

Axşam saatlarında sevgilisi ilə gəzməyə çıxan Açalya Eyfel qülləsinin yaxınlığında evlilik təklifi ilə qarşılaşıb və “hə” cavabını verib. Ə.Adəmoğlu modelə bahalı üzük də bağışlayıb.