66 dəfə toyları olub, hələ də evlənməyiblər - fotolar

66 dəfə toyları olub, hələ də evlənməyiblər - fotolar
3510 dəfə oxunub
  • A-
  • A
  • A+
Mançestrdə 3 il əvvəl evlənmək qərarı alan Aleks Peling və Liza Qant 2011-ci ildən bəri səyahət edir və gəzdikləri hər ölkədə o ölkənin ənənələrinə uyğun bir şəkildə toy mərasimi təşkil edirlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 3 ildir dünyanı gəzən cütlük evlənmək qərarı aldıqları gündən bu günə qədər səyahət edərək, getdikləri 66 ölkədə 66 dəfə toy edərək qırılması olduqca güc bir rekorda imza atıblar.

Lakin sevgililər hələ də rəsmi olaraq evlənməyiblər.

Çünki Aleks və Liza evlənmək üçün ən yaxşı yeri axtarırlar, amma hələ də münasib yer tapa bilməyiblər. Cütlük ən son olaraq Cənubi Afrikada vampir mövzulu bir toy edərək, Zulu qəbiləsinin yerli paltarlarını geyiniblər.
 
Londondaki həyatlarını bir kənara buraxan Aleks və Liza dünyanın müxtəlif yerlərində fərqli toy və evlilik mədəniyyətlərini öyrənmək arzusundadırlar. İndi onların məqsədi dünyanın ən yaxşı toyunu tapıb və orada evlənməkdir.