Rusiya gözəli həmcinsi ilə evlənməsindən danışdı - fotolar

Rusiya gözəli həmcinsi ilə evlənməsindən danışdı - fotolar
2616 dəfə oxunub
  • A-
  • A
  • A+
Öz həmcinsi, çexəsilli amerikalı tennisçi Martina Navratilova ilə ailə qurmaqla 2014-cü ilin məşhur gəlininə çevrilmiş Rusiyanın keçmiş gözəli Yuliya Lemiqova münasibətləri haqda ilk dəfə danışıb.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, 2 uşaq anası olan, 1990-cı ildə “Dünya gözəli” yarışmasında 3-cü yerə çıxmış Yuliya daha əvvəl heç bir qadınla münasibətdə olmadığını, Martinanı isə çox sevdiyini deyib. Keçmiş gözəl onunla necə tanış olmasından da bəhs edib:

“Mən Rusiyada böyümüşəm. Bundan qabaq insanların belə münasibət qura biləcəklərini ağlıma belə gətirməzdim. “Rusiya gözəli” seçiləndən sonra əvvəlcə Londona, daha sonra isə Parisə getdim. Martina ilə partilərin birində tanış olduq. Uzun-uzadı söhbət etdik. Daha sonra 8 il bir-birimizi görmədik. Lakin bir qədər keçdi, onunla restoranlardan birində qarşılaşdım və qızlarımı Martina ilə tanış etdim. Həmin vaxt ürəyimdən “mən bu insanı yenə görmək istəyirəm” arzusu keçdi. Beləliklə, bir-birimizə məhəbətimiz yarandı. Daha əvvəl başqa həmcinsimlə münasibətdə olmamışdım”.

Y.Lemiqova qızlarının da onun M.Navratilova ilə olan əlaqəsini normal qarşıladıqlarını deyib:

“Mənim xoşbəxt olduğumu görürdülər. Martina da artıq ailəmizin bir parçası idi və qızlarımın ondan çox xoşu gəlirdi”.

Qeyd edək ki, 58 yaşlı Martina ilə 42 Yaşlı Yuliyanın toyu ötən ay Floridada baş tutub.