"İşimi çılpaqlığı ilə çatdırıram" - Vəfa Zeynalova

"İşimi çılpaqlığı ilə çatdırıram" - Vəfa Zeynalova
3099 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vəfa Zeynalova yumor ustası Fərda Xudaverdiyevin “Top kimi şou”sunda qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa bir müddət əvvəl geniş müzakirə olunan "İlahi məxluq" filmindəki rolu haqqında danışıb:

“Həmin filmdə rol aldığım obrazı sosial şəbəkədə çox şişirtdilər. Mən öz obrazımı canlandırmadım, insanlardan birini oynadım. Adamlara deyirəm ki, o obrazın qəhrəmanı sizdən biridir, niyə özünüzü ələ salırsınız? Bizimkilər filmin az bir hissəsinə baxır, müzakirə edirlər. Orada heç nə yoxdur. Bu cahillikdir. Sənətimə ciddi yanaşıram. İşimi bütün çılpaqlığı ilə çatdırıram. Çünki mən peşəkaram”.