Azərbaycanlı müğənni Zinət Sali ilə duet oxudu

Azərbaycanlı müğənni Zinət Sali ilə duet oxudu
1618 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov türkiyəli ifaçı Zinət Sali ilə duet oxuyub.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Gün üzü” verilişində deyib. O, həmin bəstəyə klip də çəkdirdiklərini bildirib:

“Murad Arifin bəstələdiyi "İstanbul” mahnımı yeni aranjimanda Zinət Sali ilə oxudum. Yaxın günlərdə çəkdirdiyimiz klip bütün Türkiyə telekanallarında yayımlanmağa başlayacaq. Ekran işində “ENBE orkestri”nin pianoçusu da rol alıb”.

Qeyd edək ki, X.Nisanov “TRT Avaz”da yayımlanan “Ən bəyaz gecələr” verilişinin qonağı olarkən Z.Salı ilə sözügedən mahnını canlı səsləndirmişdi. Türkiyəli müğənni "İstanbul" mahnısını yeni albomuna daxil edəcəyini bildirmişdi.