Mahsun Kırmızıgül Bakıda şoka düşüb - fotolar

Mahsun Kırmızıgül Bakıda şoka düşüb - fotolar
8592 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "28 Cinema"da türkiyəli müğənni-rejissor Mahsun Kırmızıgülün "Möcüzə" filminin qala-gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, media nümayəndələri ilə görüşdə iştirak edən M.Kırmızıgül və aktyor Əli Sürməli filmlə bağlı maraqlı məqamlardan danışıblar.

M.Kırmızıgül Bakının qısa müddətdə bu qədər dəyişdiyini görüncə şoka düşdüyünü söyləyib. O, "Möcüzə"nin əvvəlki filmi "Günəşi gördüm"dən daha çox izləndiyini vurğulayıb.

Müğənnilik üçün darıxdığını deyən Kırmızıgül Azərbaycanda film çəkmək arzusundadır:

"Hacı Zeynalabdin Tağıyev haqda, 1900-cı illərə aid film çəkmək istəyirəm".